Ana səhifə
18 Yanvar 2018

Elxan Abdullayev: "Bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm"

 "Hər şeydən əvvəl "Neftçi” rəhbərliyinə mənə inandığı və şans verdiyi üçün minnətdarlığımı bildirirəm. 3 illik müqaviləmin qüvvədə olmasına rəğmən, komandanın ilk iki turda göstərdiyi nəticələrin məsuliyyətini üzərimə götürərək istefa verdim". Bunu "Neftçi"nin baş məşqçi postundan istefa verən Elxan Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib. 47 yaşlı mütəxəssis bu qərarın heç də asan başa gəlmədiyini bildirib: "İstefam hər hansı kənar təzyiqlə bağlı deyil. Mübariz bir insan kimi indiyədək hansısa təzyiq və tənqidlərdən çəkinməmişəm. Sadəcə, son nəticələri "Neftçi”nin böyük tarixinə yaraşdırmadım. Hər şeydən maksimum əldə etməyə çalışan bir insanam və bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm. Ümid edirəm ki, bu qərarım "Neftçi”yə yalnız xeyir verər. Klubda çalışdığım müddətdə mənə inanan və dəstək olan hər kəsə, hər bir azarkeşə təşəkkür borcluyam! Çox sağ olun!”.

Qeyd edək ki, Elxan Abdullayev Azərbaycan Premyer Liqasının ilk 2 turunda "Qarabağ"a 1:3, Səbail"ə isə 0:1 hesablı məğlubiyyətlərdən sonra istefa verib.report

Tarix
21 Avqust 2017 [12:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ