Rəsul Çunayev dünya çempionatına qələbə ilə başladı - FOTO

12:56 - 21 Avqust 2017 - İDMAN

Bu gün Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı start götürür. İlk yarış günündə 71, 75, 85 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulurlar. İlk görüşdə Azərbaycan idmançılarından 71 kiloqramda Rəsul Çunayev Honduras güləşçisi Jefrin Benito Mejia Sambula ilə qarşılaşacaq. Digər təmsilçilərimizdən Həsən Əliyev yaponiyalı Şohei Yabiku (75 kq), İslam Abbasov perulu Rikardo Dieqo Kardenas Esquen (85 kq), Orxan Nuriyev isə 98 kiloqramda Kevin Mejia Kastillo (Honduras) ilə güləşəcək. İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri isə 21:00-da başlayacaq.(azərtac)

Xəbər xətti