Bu ölkələrin adamları çox yaşayır

12:37 - 21 Avqust 2017 - Cəmiyyət

Dünyanın ən uzunömürlü ölkələrinin siyahısı hazırlanıb. 2017-ci ildə hazırlanmış “Dünya xoşbəxtlik siyahısı”nda ilk 5 yeri bu ölkələr tutur:

İsveçrə

Avropanın ən varlı ölkələrindən biri olan İsveçrədə kişilərin ortalama ömrü 81 ildir. Ölkədə uzun ömrün sirri çox pendir yeyilməsində görülür. Dünyanın ən yaxşı özəl məktəbləri burada yerləşdiyi üçün gənc ailələr üçün ideal ölkələrdəndir. Həftəsonu şəhər həyatından uzaqlaşmaq istəyənləri isə Alp dağlarının ətəkləri gözləyir.

İspaniya

Ölkədə ortalama ömür 82,8 ildir. Uzun yaşamağın sirri isə zeytun yağı, tərəvəz və şərabdan hazırlanan“siesta”da görünür.  Günortadan sonra 14:00- 17:00 aralığında mağazalar bağlanır, ölkədə həyat durur. İspanlara görə, qısa müddətdə sağlam qidalanmaq çox çətindir. 2-3 saatda isə hər kəs rahat yeməyini yeyə bilər. Burada sağlam yaşamağın digər bir sirri isə aktiv həyat tərzidir. İnsanlar daha çox gəzməyə və  velosiped sürməyə diqqət edirlər.

Yaponiya

Burada yaşayan insanların ortalama ömrü 83 ildir. Hətta Okinava adası “ölümsüzlər diyarı” da adlandırılır.Ölkənin cənub adalarında 400-dən çox 100 yaşını adlamış insan yaşayır. Sakinlər uzun ömrün sirrini sağlam qidalanmaqda görür. Belə ki, xüsusi hazırlanmış pendir, kartof və balıq sakinlərin əsas yemək rutinidir. Yaşlı insanların həyatı daha aktivdir və bu da stress səviyəsinin aşağı düşməsinə səbəb olur.

Sinqapur

Burada ortalama ömür səviyyəsi 83,1 ildir. Onların “möcüzə” adlandırdıqları bir sağlamlıq sistemləri var. Bundan başqa, Sinqapur uşaq və hamilə ölümləri ən aşağı olan ölkələrdəndir. Ölkədə idman mərkəzləri və parklar olduqca çoxdur və ölkə əhalisinin böyük əksəriyyəti müntəzəm olaraq idmanla məşğul olur. Onu da qeyd edək ki, burada siqaret və spirtli içkilərə qoyulan vergilər digər ölkələrdən xeyli yüksəkdir.

Cənubi Koreya

Uzunmürlülər ölkəsi olan Cənubi Koreyada ortalama ömür 90 ildən yuxarıdır. Uzun ömrün sirləri isə güclü iqtisadiyyat, inkişaf etmiş səhiyyə və Qərb ölkələrinə nisbətdə təzyiqin nizamlı olmasıdır. Bundan başqa, ölkədə fermentli qidalara üstünlük verilir. Həmin qidaların xollestrol səviyyəsini aşağı saldığı, sindirim sistemini nizamladığı və xərçəngin qarşısını aldığı deyilir. Bundan başqa, Cənubi Koreya mətbəxi lifli qidalarla da zəngindir.(“Qafqazinfo”)

Xəbər xətti