"Qarabağ" bu gün Danimarkaya gedir

12:21 - 21 Avqust 2017 - İDMAN

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə "Kopenhagen"lə qarşılaşacaq "Qarabağ" bu gün Danimarkaya gedəcək.Ağdam klubu axşam saatlarında çayter reysi ilə Kopenhagenə yola düşəcək. Sabah axşam oyunun keçiriləcəyi stadionda “Qarabağ”ın məşqi nəzərdə tutulub.
Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" görüşü avqustun 23-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.qol.az

Xəbər xətti