Ana səhifə
25 Sentyabr 2017

Səhiyyə Nazirliyi: Təhlükəli yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır

"Azərbaycanda təhlükəli yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır".Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib. O bildirib ki, bu gün yoluxucu xəstəliklərlə bağlı kəskin bir hal yoxdur və vəziyyət stabildir.
R. İsmayılovanın sözlərinə görə, ölkədə vəba infeksiyasına qarşı da monitorinqlər aparılır və hələ ki bu infeksiya qeydə alınmayıb: “Monitorinqlər may ayından başlayıb və oktyabrın sonuna kimi davam edəcək. Ötən 1-2 ay ərzində stansiyaya kəskin respirator viruslarla bağlı hər hansı nümunə daxil olmayıb. Virus infeksiyaları üçün hazırda mövsüm deyil. Belə hallar daha çox qış mövsümündə qeydə alınır”.

Tarix
21 Avqust 2017 [11:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ