Ana səhifə
14 Noyabr 2018

“Aqrolizinq”ə 18 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb. 

 

Ucnoqta.az xəbər verir ki, sərəncama əsasən, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək, ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq və mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə verilib.

 

Sərəncama əsasən, Prezidentin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün 8 milyon manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 10 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.(Lent.az)

 

Tarix
20 Noyabr 2014 [18:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin