Bakıda çağırışa gedən təcilli yardım həkimi döyülüb

16:53 - 18 Avqust 2017 - HADİSƏ

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb. Həmin ünvana çağırışa gedən, 2 saylı Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Bəhram Əsgərov ev sahibi, 1983-cü il təvəllüdlü Elnar Cəfərov tərəfindən döyülüb.
Həkim polisə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti