"Kopenhagen" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?

16:44 - 18 Avqust 2017 - İDMAN

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Kopehagen” -  “Qarabağ” matçında anşlaq olacaq. Qol.az-ın Danimarka mətbuatına istinadən yaydığı xəbərə görə, azarkeşlərin oyuna marağı böyükdür.
Artıq satışa çıxarılan 40 min biletdən 6646-sı qalıb. 
Qeyd edək ki, avqustun 23-də 40 minlik “Parken” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti