Ana səhifə
19 Aprel 2018

Azərbaycan XİN: "Barselonada törədilmiş terror aktlarını qəti şəkildə pisləyirik"

Azərbaycan İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyir. Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib: "Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".
XİN rəsmisi deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır:
"Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniyanın xarici işlər naziri Alfonso Maria Dastisə başsağlığı məktubu göndərib".

Tarix
18 Avqust 2017 [10:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ