Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının vitse-prezidenti təyin edildi

15:30 - 17 Avqust 2017 - Xəbər

Azərbaycan Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib. Trend Azərbaycan Taekvando Federasiyasına istinadən məlumat verir ki, K.Heydərov bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.
Qeyd edək ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Belə ki, qitələr üzrə seçilmiş taekvando birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.

Xəbər xətti