"Qarabağ"dan Embaloya 2 milyon avro

12:20 - 17 Avqust 2017 - İDMAN

"Qarabağ"  İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Apna Embalonu icarəyə götürmək istəyir. "İlovepalermocalcio.com"un yaydığı xəbərə görə, Ağdam klubu  23 yaşlı hücumçunun  1 illik icarəsi üçün qarşı tərəfə 200 min avro təklif edib.
Mövsüm ərzində Embalonun çıxışı qaneedici olsa, o, 2 milyon avro qarşılığında birdəfəlik transfer oluna bilər. Qvineya-Busaulu  futbolçu ilə İtaliyanın "Peskara" və "Breşiya" klublarının da maraqlandığı bildirilir. 
Qeyd edək ki, Çempionlar Liqasınını pley-off mərhələsində "Kopenhagen"lə keçirilən oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da transfer etmək istədikləri bəzi futbolçuların klublarına pul təklif etdiklərini açıqlayıb.idmantv

Xəbər xətti