Prezident DSX-nin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verib

18:26 - 16 Avqust 2017 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.  Uzunmüddətli səmərəli fəaliyyətinə görə Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib.  “Əməkdar müəllim” Qəhrəmanova Çimnaz Müslüm qızı “Əməkdar həkim” Yusif-zadə Kənan Rafael oğlu – tibb xidməti polkovnik-leytenantı Fərəcova Sona Ədalət qızı – tibb xidməti polkovnik-leytenantı “Əməkdar dövlət qulluqçusu” Namazova Raisə Vəli qızı “Əməkdar jurnalist” Cahangirov Rövşən Qiyas oğlu – kapitan “Əməkdar tibb işçisi” Əlirzayeva Heyranə Tofiq qızı – baş gizir.

Xəbər xətti