Prezident Binəqədi, Mehdiabad və Novxanıda su infrastrukturunun yenidən qurulmasına 4 milyon manat ayırıb

16:15 - 16 Avqust 2017 - Xəbər

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Xəbər xətti