Azərbaycan nefti ucuzlaşıb

10:24 - 16 Avqust 2017 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,42 dollar və yaxud 2,64% azalıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 52,38 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti