Erməni əsgər özünü asıb

17:27 - 15 Avqust 2017 - Xəbər

Ermənistanda əsgərin asılmış vəziyyətdə meyiti tapılıb. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Abas Sloyan adlı əsgərin asılmış vəziyyətdə meyiti ötən gün Şirak vilayətinin Atsik kəndində aşkar edilib. O, hərbi xidmətə 20 gün əvvəl başlayıbmış. Milliyyətcə yezidi olan A. Sloyan Armavirdə xidmət edib. Onun hansı səbəbdən həmin kənddə olması hələlik məlum deyil. Hadisə ilə bağlı rəsmi məlumat verilməyib. 

Xəbər xətti