Bakıda avtomobil yolu keçən gənci vurub

12:10 - 15 Avqust 2017 - HADİSƏ

Bakıda yolu keçmək istəyən gənci maşın vurub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, "Azadlıq" prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində taksi xidməti ilə məşğul olan 10-PU-931 dövlət nömrə nişanlı “VAZ” markalı avtomobil yolu keçmək istəyən 20-25 yaşlarında olan gənci vurub. Sürücü yaralını xəstəxanaya çatdırıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti