Ana səhifə
22 Fevral 2018

“Seriallarda təsvir həlli yoxdur, hamısı söz yığıncağıdır”

Elşən Zeynallı: “Ekranda mətbəx səviyyəsində, məişət problemlərinin ən primitiv forması göstərilir”

 

Bu gün dövlət tərəfindən serialların çəkilməsi üçün vəsait ayrılır. Bəs, bu vəsait daha çox nəyə xərclənir? “Üç nöqtə”yə danışan kinorejissor, ssenarist Elşən Zeynallı bu barədə deyib: “Seriallara dövlət tərəfindən pul ayrılır. Bəzən serial çəkənlər pulları lazım olmayan şeylərə xərcləyirlər. Maliyyənin xərcləyərkən birincisi nə çəkdiyimizi, nədən danışacağımızı, kimin üçün çəkdiyimizi bilməliyik. Bu gün ekran işlərində mətbəx səviyyəsində, məişət problemlərinin ən primitiv forması göstərilir. Bir serialın adını çəkmək mümkün deyil ki, orada Azərbaycan cəmiyyəti üçün lazımlı, ictimai yükü olan ssenari olsun. Rusiya kanallarında da seriallar verirlər. Onlar serialların əksəriyyətini bədii film kimi çəkirlər. Rusiyada ictimai fikirə təsir edə biləcək, cəmiyyət üçün lazımlı, insanı düşündürə bilən ssenarilərə üstünlük verirlər. Bu məktəbi Azərbaycanda da formalaşdırmaq lazımdır. Kino sənəti gözlə baxılan sənətdir. Bu gün seriallarda təsvir həlli yoxdur,  hamısı söz yığınağıdır. Araşdırmaq lazımdır ki, bu serialları çəkənlər kimlərdir? Heç bir ədəbi fikir yükü olmayan, primitiv ekran əsərləri çəkilir. Bir fransız kinorejissoru deyir ki, kino üç dəfə yaranır. Bunun birincisi ssenari, ikincisiçəkiliş, üçüncüsü isə montajla bağlıdır. İlkin prosesdə maliyyənin nəyə görə ayrılacağı məlum deyilsə, iş xətrinə, kəmiyyət xətrinə serial çəkməyə ehtiyac yoxdur. Onu da deyim ki, ekran işlərində pul daha çox filmin qonarar hissəsinə xərclənir, əmək haqqı ödənilir. Eləcə də filmdə obyektlərə, qurulan səhnələrə pul xərclənilir”.  
O deyir ki, seriallarda ssenariyə önəm verilməlidir: “O cəmiyyətin hansısa problemin həllə edəcək mövzuda olmalıdır. Ondan tamaşaçı özü üçün nəsə götürməlidir. Ekran əsərləri cəmiyyət üçün ictimai fikir daşımalıdır».  
Elşən Zeynallının sözlərinə görə, ssenari yazanlardan bir çoxunun bu  peşə ilə heç bir bağlılığı yoxdur. «Bu sahədə kinodan məlumatı olmayan insanlarla işləmək olmaz. Mən peşəkar kimi fikrimi bildirirəm. Mənə də iki-üç dəfə serial çəkmək təklif olunub, amma ssenari zəif olduğu üçün qəbul etməmişəm. Kimlərinsə zövqünü korlayaraq, bütün mənfilikləri öz üzərimə götürmək istəmirəm. Azərbaycan televiziyası çağrılmamış qonaq kimidi. Evlərə daxil olur və insanlar da istər-istməz seriallara baxırlar”. 
Kinorejissor “Pərvanələrin rəqsi” serialını bəyəndiyini bildirdi: “Azərbaycanda çox peşəkar aktyor və aktrisa heyəti var. Onların potensialından çox az hallarda istifadə olunur.  Bu potensialı isə üzə çıxarmaq üçün peşəkar rejissora ehtiyac var. Orta nəslin nümayəndələrindən Elşən Zeynallı, Tahir Əliyev, Əli İsa Cabbarov, Vüqar Həmidov, İlqar Rəcəbov və.s heç biri ekran əsəri çəkmirlər. Bu insanlar peşəkardırlar, cəmiyyət tərəfindən qəbul olunublar. Lakin onlar bu işdən kənarda qalıblar”.  

E. Zeynallı rejisorların seçiminə də toxundu: “Demokratik formada maliyyəni televiziya kanallarına və bəzi prodakşınlara ayırırlar. Bəs, televiziyanın rəhbərliyində oturan məsul şəxslər hansı kriteriya ilə rejissor, ssenaristə pul ayırırlar? Mənə televiziyada rəhbərlik edən bir şəxs dedi ki, get evdə satılası nəyin varsa sat və bir film çək. Baxaq çəkə bilirsənsə, sənə pul verərik”. 

Tarix
8 Oktyabr 2014 [21:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ