İran vətəndaşı Bakıda yol qəzasında ölüb

10:46 - 15 Avqust 2017 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. İran vətəndaşı Heydəri Həsən Valeh oğlunun idarə etdiyi Oka” markalı avtomobil “London” taksisi ilə toqquşub. Nəticədə “Oka”nın sürtücüsü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti