Salyanda "Mercedes" "KaMAZ"la toqquşub

09:24 - 15 Avqust 2017 - HADİSƏ

Salyan rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil "KaMAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb.  Onlardan biri - 1971-ci il təvəllüdlü Göyçay rayon sakin Qəfərov Şahbaz Şahbalı oğlu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına, digər 2 yaralı isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Fakt araşdırılır. 

Xəbər xətti