Qızıl ucuzlaşıb

09:18 - 15 Avqust 2017 - İQTİSADİYYAT

Amerika fond bazarında Dow Jones indeksi 0,62% - 21 993,71 bəndədək, S&P 500 1,00% - 2 465,84 bəndədək, NASDAQ isə 1,34% - 6 340,23 bəndədək bahalaşıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,60% - 7 353,89 bəndədək, Almaniya DAX-ı 1,26 - 12 165,12 bəndədək, Fransa CAC-40-ı isə 1,20% - 5 121,67 bəndədək artıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 9,90 dollar azalaraq 1 280,50 dollara, gümüş isə 0,24 dollar ucuzlaşaraq 16,88 dollara satılıb.

Xəbər xətti