Ağstafada 3 otaqlı ev yanıb

09:02 - 15 Avqust 2017 - HADİSƏ

Ağstafada ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağstafa rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan kürsülu, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti