“Kopenhagen” klubu Bakıya gəlib

20:53 - 14 Avqust 2017 - İDMAN

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” bu gün Bakıya gəlib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Danimarka çempionu ölkəmizə 20 futbolçu ilə təşrif buyurub. Bakı vaxtı ilə saat 10:30-da yola çıxan “Kopenhagen”in təyyarəsi 14:25-də paytaxtımıza çatıb. Otelə yerləşən danimarkalılar nahar etdikdən sonra bir qədər dincəlirlər. Axşam saatlarında isə komandanın oyunöncəsi son məşqi olacaq. Baş məşqçi Stole Solbakken zədəlilər – Tom Hoqli və Erik Yohanssenin adını heyətə daxil etməyib.   Qapıçı: 1. Stefan Andersen, 25. Robin Olsen, 41. Kim Kristensen Müdafiəçilər: 3. Pyerr Benqtsson, 15. Mikael Antonsson, 18. Mads Roerslev, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner Yarımmüdafiəçilər: 6. Vilyam Kvist, 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 17. Kasper Kusk, 24. Yussef Tutu, 32. Danni Amankva Hücumçular: 9. Federiko Santander, 11. Andriya Pavloviç, 28. Pieros Sotiriu, 40. Karlo Holse

Xəbər xətti