Tovuzda 37 yaşlı qadını ilan sancıb

16:52 - 14 Avqust 2017 - HADİSƏ

Tovuz rayonunda 37 yaşlı qadını ilan sancıb. Bu barəfə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Kənd sakini, 1980-ci il təvəllüdlü Hüseynova Kəmalə Sabir qızını həyətlərində ilan sancıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda qadının vəziyyəti orta ağır qiymətləndirilir.

Xəbər xətti