Ana səhifə
19 Oktyabr 2018

Azərbaycan və Çexiya XİN-in rəsmiləri görüşüb

Ölkəmizdə səfərdə olan Çexiya Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Petr Qayduşek Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynov tərəfindən qəbul edilib. Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.
Tarix
14 Avqust 2017 [14:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin