Xaçmazda dənizdə batan 9 yaşlı uşağın cəsədi tapılıb

17:22 - 13 Avqust 2017 - HADİSƏ

Avqustun 12-də Xaçmazda dənizdə batan 9 yaşlı uşağın cəsədi tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, 12.08.2017-ci il tarixində Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzuli oğlunun cəsədi 13.08.2017-ci il tarixində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. Əməliyyat saat 16:45-də başa çatıb.

Xəbər xətti