Ana səhifə
21 Sentyabr 2018

Ermənilər Bakıya gəlir

Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Hraçya Rostomyan və Ermənistan MOK idarə rəhbəri Vağinak Qalstyan noyabrın 21-22-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya yola düşüb. 

Ucnoqta.az xəbər verir ki, bu məlumatı Ermənistan MOK-dan BBC-yə təsdiqləyiblər.
Sessiyanın əsas gündəlik məsələsi 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq məsələsidir.

Ermənistan nümayəndələrinin Bakıya səfəri Ermənistanda etirazla qarşılanıb. Bəzi siyasətçilər Azərbaycanın erməni helikopterini vurmasından sonra Bakıya ermənilərin səfərini tənqid edib.

Qeyd edək ki, Ermənistan idmançılarının Bakıda Birinci Avropa Olimpiya Oyunlarında iştirak etməsinə dair oktyabrın əvvəlində AOK prezidenti Patrick Hickey və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bachın İrəvana səfərləri əsnasında razılıq əldə edilib.

AOK və BOK rəhbərləri Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra Ermənistan MOK rəhbəri Qaqik Tsarukyanla birgə mətbuat konfransında Avropa Olimpiya Oyunlarında Ermənistan idmançıları üçün bütün lazımi şəraitlərin təmin ediləcəyini bəyan ediblər.

Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi üçün 8 dekabr 2012-ci ildə Romada AOK-un 41-ci sessiyasında səsvermədə Ermənistan nümayəndə heyəti iştirak etməyib və son aylaradək Ermənistanın gələn il keçiriləcək Bakı Oyunlarında iştirakı şübhə altında idi.

AOK prezidenti Patrick Hickey Ermənistan idmançılarına "Bakıda hörmətlə yanaşılacağını və təhlükəsizlik qarantiyaları" vəd edib.

Ermənistan nümayəndə heyəti Azərbaycanda keçirilən tədbirlərdə başqa ölkələr kimi sərbəst iştirak etmək üçün şərait olmayacağından və xüsusilə təhlükəzisliyindən narahatdır.

“Biz Ermənistan idmançılarına Bakıda hörmətlə yanaşılacağını və təhlükəsizlik qarantiyalrı veriləcəyini vəd edirik”, - deyə mətbuat konfransında AOK prezidenti Patrick Hickey bildirib.

Ermənistan MOK rəhbəri Qaqik Tsarukyan isə Ermənistan nümayəndə heyətinin Bakıya getməsinə “razı” olduğunu bəyan edib.(AzNews.az)
 

Tarix
20 Noyabr 2014 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin