Dənizdə batan şəxs xilas olunub

14:47 - 12 Avqust 2017 - HADİSƏ

Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri 1 nəfəri (xarici vətəndaş) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti