Ana səhifə
21 Avqust 2017

Yardımlıda 2 ədəd ağacı budayan şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Yardımlı rayonu Ərus kənd sakini Rahim Qarayev tərəfindən kənd qəbiristanlığı ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. ETSN-nin mətbaut xidmətindən “Report”a verilən məlumata görə, nazirliyin yerli qurumlarının əməkdaşları şikayəti dərhal yerində araşdırıblar. Əraziyə keçirilən baxış zamanı 2 ədəd alça ağacının qanunsuz olaraq budandığı məlum olub. Araşdırma zamanı yaşköküstə ağacların budaqlarının Ərus kənd sakini Dədəbəy Ağayev tərəfindən kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun qaydada 100 manat məbləğində cərimə edilib.
Tarix
12 Avqust 2017 [11:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ