Ana səhifə
18 Oktyabr 2017

Tanınmış türk aktyor vəfat edib

Türkiyənin tanınmış aktyoru Seyfəddin Karadayı vəfat edib. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, aktyor 94 yaşında dünyasını dəyişib.  S.Karadayı İstanbulda dəfn olunacaq.  Qeyd edək ki, S.Karadayı 1923-cü ildə İstanbulda anadan olub. Ailəsinin istəyi ilə hərbi məktəbə daxil olub və uzun illər ordu sıralarında zabit kimi xidmət edib. O, 46 yaşında polkovnik rütbəsi ilə ordudan təxris olunub  və təqaüdə çıxıb. Təqaüdə çıxdıqdan sonra filmdə çəkilmək təklifi alıb və qəbul edib. Bundan sonra aktyor kimi fəaliyyətə başlayıb.  Kemal Sunal ilə 12 filmdə birgə oynayıb. Ümumilikdə 750 ekran əsərində və çox sayda seriallarda rol alıb. 
Tarix
11 Avqust 2017 [11:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ