Goranboy sakinini ilan sancıb

10:45 - 11 Avqust 2017 - HADİSƏ

Goranboy sakinini ilan sancıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gürzallılar kəndində baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Aqil Həsən oğlu Həsənov həyətyanı sahədə işləyən zaman sağ bud nahiyəsindən ilan sancıb. Ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılan A.Həsənova tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.  Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti