Salyanda ər arvadını bıçaqlayıb

16:33 - 10 Avqust 2017 - HADİSƏ

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Parça Xələc kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Xankişiyeva Kəmalə Baba qızı Bud nahiyəsinin bıçaqla deşilmiş yarası ilə Salyan Mərəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti