Avronun məzənnəsi dəyişə bilər

14:52 - 10 Avqust 2017 - İQTİSADİYYAT

Bu həftə Avropa Birliyinin aparıcı ölkələrində sənaye istehsalı üzrə iyun ayının yekunları elan edildi. Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb: "Almaniyada sənaye istehsalının bu ilin birinci yarımilinin son ayında 1,1 faiz aşağı düşüb. Halbuki həmin ay üçün 0,2 faiz artım proqnozlaşdırılırdı. Almaniya sənayesindəki azalma xəbəri avronun məzənnəsinə da təsirsiz ötüşmədi. Ötən həftələr artan templə məzənnəsi dəyişin Avropa pulunun kursu bu həftə müəyyən qədər aşağı düşdü. Sabah İspaniyada sənaye istehsalı üzrə göstərici elan olunacaq. Bu göstərici də neqativ olarsa, o zaman avronun məzənnəsinə daha ciddi təsirlər ola bilər”.

Xəbər xətti