Bu gün müsabiqədə iştirak etmək istəyən abituriyentlərə verilən vaxt bitir

14:29 - 10 Avqust 2017 - Cəmiyyət

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir.  Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq və qeyd olunan müddət uzadılmayacaq.
Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Xəbər xətti