Balakəndə xeyli sayda çətənə kolu aşkar edilərək götürülüb

14:02 - 10 Avqust 2017 - HADİSƏ

Balakəndə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aqrotexniki qaydada becərilmiş 50 ədəd çətənə kolu və 2,135 kq marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Katex kəndi ərazisində Mahamalar kənd sakinləri, əvvəllər məhkum olunmuş Firuddin Xəlilov və İslam Xəlilov tərəfindən aqrotexniki qaydada becərilmiş 50 ədəd çətənə kolu və 2 kiloqram 135 qram marixuana aşkar edilərək götürülüb.

Xəbər xətti