Ana səhifə
19 Sentyabr 2018

(R) “Nar Mobile” ilə “Asan İmza” xidməti artıq bölgələrdə

Abunəçilər artıq Azərbaycanın müxtəlif bölgələrində “Asan İmza” mobil elektron imza xidmətinə qoşula bilirlər

 

“Nar Mobile” mobil operatoru göstərdiyi “Asan İmza” mobil elektron imza xidmətinin coğrafiyasını daha da genişləndirdi. Belə ki, abunəçilər artıq Şirvan, Mingəçevir, Quba, Siyəzən, Xaçmaz, Bərdə, Gəncə, Biləsuvar, Şəki, İmişli, Ağcabədi, Kürdəmir, Lənkəran, Masallı, Zaqatala, Tovuz, Cəlilabad və Şamaxıda, eləcə də Bakı şəhəri Şərifzadə küçəsi 39 ünvanda yerləşən “ASAN Xidmət-3” mərkəzində də “Asan İmza” xidmətinə qoşula bilirlər.

 

Qeyd edək ki, “Asan İmza” elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. “Asan imza” mobil elektron imza texnologiyasının açar üstünlükləri smart-karta və smart-kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM-karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

 

Əlavə məlumatı www.narmobile.az və www.asanimza.az  saytlarında əldə etmək mümkündür.

Tarix
8 Oktyabr 2014 [16:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin