Novxanıda iki "Mercedes" və "06" toqquşub- 2 azyaşlı ölüb, 7 nəfər yaralanıb

14:12 - 9 Avqust 2017 - HADİSƏ

Novxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 8-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qəsəbə sakini Mehman Seyidovun idarə etdiyi “VAZ-2106”, Bakı şəhər sakini Elçin Qasımovun və Qubadlı rayon sakini Nadir Həsənquliyevin idarə etdikləri 2 “Mercedes” markalı avtomobillər toqquşub. Qəzada M.Seyidovun sərnişinlərindən azyaşlı qızları Gülçöhrə və Mehram hadisə yerində ölüb, özü və digər sərnişini, habelə N.Həsənquliyev və 2 sərnişini, E.Qasımovun isə 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Abşeron RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti