Rauf Əliyev Albaniya klubunda

10:45 - 9 Avqust 2017 - İDMAN

“İnter”lə yollarını ayıran Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev karyerasını Albaniyada davam etdirəcək. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, millimizin forvardı bu ölkənin "Kukesi" klubuna keçib.
Bu barədə məlumatı Albaniya mətbuatı yayıb. Xəbərdə millimizin hücumçusunun “Kukesi”ylə razılığa gəldiyi, avqustun 11-də bu klubun düşərgəsinə qatılacağı qeyd edilib.
“Kukesi” son Albaniya çempionudu. Kukesi şəhərinin təmsilçisi Çempionlar Liqasının cari mövsümündə 2-ci təsnifat mərhələsində “Şerif”ə uduzaraq, mübarizəni dayandırıb (2:1, 0:1).

Xəbər xətti