"13 yaşlı uşağın yaralanması Ermənistanın Azərbaycana qarşı azğınlığından xəbər verir"

12:55 - 8 Avqust 2017 - SİYASƏT

Bir ay bundan əvvəl Zəhranın öldürülməsi, indi isə 13 yaşlı Raminin yaralanması Ermənistanın Azərbaycana qarşı azğınlığından xəbər verir. Ucnoqta.az xəbər verir ki, bu sözləri Axar.az-a son zamanlar Ermənistanın cəbhə xəttində atəşkəsi intensiv pozması və dinc sakinləri hədəfə alması ilə bağlı danışan millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, dünən ermənilərin dinc yaşayış məntəqəsini atəşə tutması nəticəsində 13 yaşlı Ramin Yusifovun yaralanması Azərbaycanın hissiyatı ilə oynamaq deməkdir:
“Bu hadisə bir daha göstərdi ki, Ermənistanda nə beynəlxalq hüquq, nə də insani dəyərlər anlayışı mövcud deyil. Bu dövlət sivil qayda və təfəkkürdən uzaq olaraq orta əsrlərin azğın qanunları ilə yaşamağa və qonşularla bu cür münasibət saxlamağa üstünlük verir. Ermənistan əsgəri qorxaqdır və Azərbaycan Ordusunun gücünü yaxşı bilir. Məhz buna görə də onlar bir qayda olaraq silahsız dinc insanları hədəf alırlar. Artıq neçənci dəfədir ki, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqla dinc əhalinin, uşaqların ölümünə səbəb olurlar. Bir ay bundan əvvəl Zəhranın öldürülməsi, indi isə 13 yaşlı Raminin yaralanması Ermənistanın Azərbayacana qarşı azğınlığından xəbər verir. Əlbəttə ki, Azərbaycan baş verənlərə sakit yanaşa bilməz, Ermənistan son əməlinə görə çox ciddi cavab verməli olacaq”.

A.Mirzəzadə hesab edir ki, ötənilki Aprel hadisələri Ermənistana heç də dərs olmayıb:

“Əgər İrəvan hesab edirəsə ki, xaricdəki havadarları hesabına öz azğınlığını davam etdirəcək çox böyük səhv edir. Azərbaycan gözə-göz prisipi ilə hərəkət edərək Ermənistandakı dinc kəndləri atəşə tutmayacaq. Azərbaycan əsgəri heç zaman dinc əhali ilə vuruşmur. Hədəfimiz işğal edilən torpaqlarımızda olan, eyni zamanda, sərhəd bölgələrində yerləşən Ermənistan silahlı qüvvələridir”.

Xəbər xətti