Sizcə, il ərzində nə qədər böcək yeyirik? - İNANMAYACAQSINIZ

10:18 - 8 Avqust 2017 - MARAQLI

Elmi araşdırmalar sübut edir ki, hər kəs 1 il ərzində 1 kq-a qədər böcək yeyir. İsveçin Orebro Universitetinin Biologiya sahəsi üzrə professoru Alf Ekblad qəribə açıqlama ilə medianın gündəmini zəbt edib. Professorun dediyinə görə, meyvə, tərəvəzləri nə qədər yusaq da üzərinə yapışan böcəklərin hamısını təmizləmək qeyri-mümkündür. Ekbladın sözllərinə görə, yalnız meyvə ağaclarından, bostanlardan topladığımız deyil, həmçinin marketlərdən aldığımız məhsulların üzərində də kifayət qədər həşərat toplanır. Professor qeyd edir ki, bu böcəklər orqanizmə zərərli oduğu qədər faydası da az deyil. Çünki bu canlılar protein mənbəyidirlər. Hətta bəzi milçəklərin sürfələrində bol miqdarda faydalı yağlar var. Bu yağ o qədər faydalıdır ki, onlardan gələcəkdə qızartma xörəklərdə istifadə edə bilərik. ABŞ-dan olan bir qrup mütəxəssis isə, qida maddələrinin üzərindəki sürfələrin miqdarını müəyyən etməyə çalışıblar. Məlum olub ki, 500 qram çiyələyin tərkibində 4 sürfə, 100 qram şokolad isə özündə 60 sürfə ehtiva edir.(publika.az)

Xəbər xətti