İmişlidə özünü asan 81 yaşlı kişi son anda xilas edilib

15:35 - 7 Avqust 2017 - HADİSƏ

İmişli rayonunda intihar cəhdi olub. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1936-cı il təvəllüdlü Mirəliyev Cövdət Rüstəm oğlu özünü asıb. Yaxınları onu xilas edərək rayon xəstəxanasına çatdırıblar.
C. Mirəliyev koma vəziyyətində İmişli MRX-nin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti