Fərda: "Asta-asta işləyirəm, qoyun işləyək, qardaş"

12:14 - 7 Avqust 2017 - MAQAZİN

 Aktyor Fərda Xudaverdiyev türklərlə birgə çəkildiyi “Yanlış anlaşılma” adlı filmdən qovulması ilə bağlı şayiələrə aydınlıq gətirib.  Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda “ATV maqazin onlarla”ya açıqlama verib: 
“Məni necə uzaqlaşdıra bilərlər, axı? Çəkiliş, montaj olub-bitib. Yaxşı ki, boyum 1,80-1,90 santimetr deyil, yoxsa mən nə qədər göz çıxardardım... 1,67 santimetr boyumla, asta-asta işləyirəm, qoyun işləyək, qardaş. Mən hər konsertdən sonra səhvlərimi çox gözəl bilirəm, gələn dəfə onu təkrarlamıram. Ona görə, elə bilirlər ki, mən hər dəfə səhnəyə çıxanda xüsusi müəllimlər tərəfindən hazırlaşdırılıram. Bunların hamısını özümdən yaşda böyük müəllimlərə baxa-baxa öyrənirəm”. 
Fərda ona müraciət edən gənc aktyorlarla işləməməsinin səbəbini də açıqlayıb: 
“Addım atan kimi deyir, mənə nə qədər maaş verəcəksən? Hələ bir gəl çıx görək, nə edə bilirsən? Təcrübə deyilən şey indi qalıb, ya yox bilmirəm. Biz heç gənclikdə pul haqda fikirləşmirdik. İnsanda həvəs olmalıdır, qapıdan qovsalar, pəncərədən keçmək lazımdır. Mən tələbə vaxtı Azərbaycan televiziyasına arxa hasardan tullanıb keçirdim”.

Xəbər xətti