Birjalarda neft ucuzlaşıb

09:29 - 7 Avqust 2017 - İQTİSADİYYAT

Dünya birjalarında neft ucuzlaşıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,34% azalaraq 49,41 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,62% azalaraq 52,23 dollar olub.

Xəbər xətti