İmişlidə bir nəfər kanalda batıb

16:10 - 6 Avqust 2017 - HADİSƏ

İmişli rayonu, Çaxırlı kəndində kanalda 1 nəfər batıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, İmişli rayonu, Çaxırlı kəndində 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlu kanalda çimərkən batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Xəbər xətti