Sabirabadda "Mercedes" "07" ilə toqquşub

08:46 - 5 Avqust 2017 - HADİSƏ

Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında VAZ 2107 markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 1951-ci il təvəllüdlü Sabirabad şəhər Yadulla Paşa oğlu Rəsulov ağır xəsarət alıb. Yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti