Qurban Qurbanov: "Oyuna maksimum şəkildə hazırlaşacağıq”

14:41 - 4 Avqust 2017 - İDMAN

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri olan  “Kopenhagen” klubu haqda fikirlərini bildirib. Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, Qurban Qurbanov rəqibin güclü olduğunu bildirib: "5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan “Kopenhagen” də istisna deyildi. Rəqibimizin gücü bəllidir, vaxtımız azdır, istənilən halda şansımız var və şansımızdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Xəbər xətti