Qubada ağır yol qəzası - ölən və yaralanan var

14:15 - 4 Avqust 2017 - HADİSƏ

Quba rayonunun Güləzi kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 3-də saat 18 radələrində Quba rayonunun Güləzi kəndi ərazisində Bakı şəhər sakini Vüsal Səmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Nəticədə sərnişini Samir Behbudov hadisə yerində ölüb, sürücünün özü isə xəstəxanaya yerləşdirilib.
Quba RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti