Avtomobildə olan pulla dolu sandıqları partladıldı: göydən pul yağdı

13:18 - 4 Avqust 2017 - HADİSƏ

Cənubi Afrikada cinayətkar dəstə pulla dolu zirehli avtomobilin qarşısını kəsib. Ucnoqta.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, qruplaşma üzvləri avtomobilin sürücüsünü aşağı düşürərək, yerdə sürüyüblər. Bundan sonra 10 nəfər silahlı şəxs avtomobildə olan pulla dolu sandıqları partladıb. Milyonlarla pul ətrafa səbələnib və ortaya maraqlı görüntü çıxıb. Filmlərə mövzu olacaq bir hadisə zamanı təxminən 2 milyon dollar oğurlayan dəstənin üzvləri saxlanılıb.

Xəbər xətti