Sabahın havası açıqlanıb- 40° isti olacaq

12:51 - 4 Avqust 2017 - ÖLKƏ İÇİ

Sabah Azərbaycanda müşahidə olunacaq hava məlumatı açıqalnıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 34-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 5-də hava yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.

Xəbər xətti