Mərkəzi Bankın valyuta ehtiyatları artıb

16:24 - 3 Avqust 2017 - İQTİSADİYYAT

2017-ci ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 870,2 milyon dollar (21 faiz) artaraq 5033,1 milyon dollara çatıb.
Bir ay ərzində bankın valyuta ehtiyatları 69 milyon dollar (1,4 faiz), ilin əvvəlindən isə 1058,7 milyon dollar (26,6 faiz) artıb.

Xəbər xətti