Ana səhifə
16 Noyabr 2018

“Gələn ilin büdcəsi mütləq dəyişdiriləcək”

Qubad İbadoğlu: “Transfertlərin eyni səviyyədə saxlanılması fondun aktivlərini azaldacaq”

 

 

2015-ci ilin büdcə layihəsinin Milli Məclisdə müzakirəsi davam edir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollar müəyyən edilib, amma dünya bazarlarında qiymət 75-80 dollara enə bilər. O bildirib ki, Azərbaycan dünya bazarlarında neftin qiymətinə müdaxilə edə bilməz: “Yəni neftin qiyməti proqnozlaşdırılan həddən aşağı olarsa, Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər. Bu, dünya siyasətidir və bizim ona müdaxiləmiz qeyri-mümkündür. Ancaq buna baxmayaraq, Azərbaycanda heç bir sosial proqram yarımçıq qalmayacaq”.

Bu məsələni şərh edən iqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, büdcə layihəsinin parlament müzakirəsi göstərir ki, yenə də təkliflər büdcə rəqəmləri əsasında neft gəlirlərindən daha çox pay götürmək üzərində qurulub: “Bu konteksdə olan təkliflərin əksəriyyəti bır sıra istiqamətlər üzrə xərclərin ədalətli bölüşürülməməsindən və eyni zamanda bəzi deputatların bu müzakirədən sui-istifadə edib, hökümətin ayrı-ayrı üzvlərinə xoş gəlmək istəklərindən irəli gəlir”.

Ekspertin bildirdiyinə görə, struktur təhlili göstərir ki. gələn ilin büdcəsində hər 100 manatın 53 manat 40 qəpiyi Neft Fondundan götürülməli, əlavə olaraq da onun 20 manata qədərini Azərbaycan neft bölməsi təmsil edən yerli (ARDNŞ və sə sair) və xarici (BP və sair) şirkətlər verməlidir: “Beləliklə də büdcəyə toplanacaq hər 4 manatın 3 manatının neft bölməsi ilə əlaqəli olan gəlirlərdən formalaşdırılacağı gözlənilir. Gəlirlər sahəsində başlıca risk dünya bazarında xam neftin qiymətnin ucuzlaşması səbəbindən gələn il Neft Fondunun büdcəsininn gəlirlər hissəsi onun büdcə öhdəliklərindən az olmasına görə büdcəyə olan transferlərin vaxtında köçürülməsi ilə bağlı yarana bilər. Eyni problemlərlə üzləşən yerli və xarici neft şirkətləri də büdcə qarşısında öhdəliklərini yerinə yetirməyə bilər. Bu zaman əsas ağırlığın qeyri-neft bölməsinin, xüsusilə də xırda və orta sahibkarların üzərinə düşəcəyi şübhəsizdir”.

 

Büdcənin xərclər hissəsinə gəlincə, Q.İbadoğlu deyir ki, onun hər 100 manatından 51 manat 90 qəpiyi ölkənin cari xərclərinə (dövlət apratının saxlanması, təhsil, əhiyyə, sosial və s. sahələrdə istehlaka), 44 manat 40 qəpiyi tikint və təmirə, yerdə qalan 3 manat 70 qəpiyi isə dövlət borcuna xidmətlərə yönəldiləcək: “Odur ki, gələn il üçün formalaşdırılan dövlət büdcəsi reallıqdan uzaq və riskləri yüksək olması ilə əvvəlkilərdən xeyli fərqlənir. Təəssüflər olsun ki, bü ilin büdcəsi də parlamentdə proqramlar üzrə təsnifat olmadan müzakirəyə çıxarıldı. Bu fakt ilk növbədə büdcənin səmərəliliiyinə və şəffaflığının qiymətləndirilməsinə mənfi təsir göstərəcək”.

İqtisadçı alim bildirdiyinə görə, dünya bazarında Azərbaycan neftinin də qiymətinin sürətlə ucuzlaşması ilk növbədə Dövlət Neft Fondunun büdcəsinin həm bu il və həm də gələn il üçün gəlirlərinin azalmasına və Fonddan maliyyələşən strateji layihələrlə bağlı öhdəliklərin icra səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq: “Bu dəyişiklik növbəti ilin dövlət büdcəsinin xərclər hissəsində bəzi korrektələri şərtləndirəcək və büdcəyə transferlərin eyni səviyyədə saxlanılması Fondun aktivlərinin azalmasına səbəb olacaq. Nəhayət bu prosesdən ən çox təsirlənən Dövlət Neft Şirkəti olacaq. Şirkətin mənfəətinin azalması, onun dövlət büdcəsi, digər təşkilatlar və hətta ölkələr qarşısında öhdəliklərinin icra səviyyəsinə mənfi təsir göstərəcək. İlkin müşahidələr göstərir ki, məcburi ödənişlərinin artırılması fonunda hazırkı vəziyyətdən ən çox əziyyət çəkənlər sahibkarlardır. Fikrimizcə, neftin ucuzlaşmasına görə valyuta gəlirlərinin azalması və rus rublunun dəyərsizləşməsi fonunda baş verənlərin psioxoloji təsirlərindən sığortalanmaq üçün Azərbaycan manatının məzənnəsinin sabitliyinin təminatına yönələn preventiv tədbilər gücləndirilməli və dövlət maliyyəsinin idarəolunması üçün neftin hazırkı qiymətinə uyğun gələn orta və eyni zamanda pessimist, eləcə də optimist ssenarilər işlənilməlidir”.

 

 

Əfsun

Tarix
20 Noyabr 2014 [13:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin